Bədbəxtliyi xoşbəxtliyə çevirmək üsulları…

Araşdırma Cəmiyyət

Bütün dərdlərə dərman olan əməl var. Bu, elə bir dərmandır ki, bütün dərdlərin dərmanıdır. Allahın izni ilə bu dərman ilə hər bir dərdi müalicə etmək olar. Bu, elə bir dərmandır ki, onu bizə İmam Sadiq (ə) tövsiyə etmişdir. Həzrət (ə) buyurmuşdur: “Xəstələrinizi sədəqə verərək müalicə edin”. (Tebyan)
Bu şəfaverən dərman heç bir ziyana malik deyildir. Bu reseptə əməl edilsə və Allah da onu bəndəsinə uyğun bilsə, ona şəfa verər və ya xəstəliyinin şiddətini zəiflədər. Ya da başqa gizli xəstəliklərini aradan aparar. Bunun üçün çox əziyyət çəkmək və ya çox pul xərcləmək də lazım deyildir.
İmam Sadiqin (ə) bu nurani tövsiyəsinə əməl etmək əgər xəstəliyin zahiri sağalmasına səbəb olmasa belə, şübhəsiz ki, bu dünyada başqa bir şəkildə özünü göstərəcəkdir. Həm də axirət üçün ehtiyat toplamış olacaqdır.
Bu, elə bir tövsiyədir ki, əgər ona əməl olunsa, səni gələcəkdə gözləyən təhlükəli xəstəliklərin qarşısını almış olarsan. Bəzən də elə xəstəliklərin ki, sən onları görmür və hiss etmirsən: əxlaqi və ruhi xəstəliklər kimi. Bu xəstəliklər cismin xəstəliklərindən daha təhlükəlidir. Cismin xəstəlikləri hər nə qədər təhlükəli olsa və insan həyatını ölümlə nəticələndirsə belə, axirətə ziyan vurmaz. Lakin əxlaq və ruhi xəstəliklər insanı həlak edər, insanın həm dünyasını və həm də axirətini məhv edər.
Ona görə də hər kim öz övladını və ya yaxınlarını düşünürsə, bu dərmandan istifadə etsin və onlar üçün sədəqə versin. Bu yolla nəslini xəstəliklərdən və bəlalardan qorumuş olar.
Həzrət Peyğəmbər (s) buyurur: “Sədəqə bəlanı aradan qaldırar, təsiredici dərmandır. Dərd və xəstəlikləri dua və sədəqədən başqa heç bir şey aradan aparmaz”.
Rəsuli-Əkrəm (s) buyurur: “Yerində verilmiş sədəqə, yaxşı əməl, ata və anaya yaxşılıq etmək, sileyi-rəhm – bədbəxtliyi xoşbəxtliyə çevirər, ömrü uzadar və pis hadisələrin qarşısını alar”.
İmam Sadiq (ə) buyurur: “Allaha and olsun ki, üç şey haqdır: heç bir sərvət sədəqə və zəkat verməklə azalmaz, təmkinli olan zaman Allah izzət bəxş edər, elə bir bəndə yoxdur ki, xahiş qapısını üzünə açsın və yoxsulluq qapısı üzünə açılmasın”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.