Dəfndə iştirak üçün 102-dən icazə alınacaq

Cəmiyyət Gündəm

“Yaxın qohumların dəfnində iştirakla əlaqədar Daxili İşlər Nazirliyinin “102” zəng xidmətindən icazə alınmalıdır”.
Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
“Vətəndaşlar xüsusi karantin rejiminin sərtləşdiriləcəyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində dəfn mərasimlərində DİN-in “102” zəng xidmətindən icazə aldıqdan sonra iştirak edə biləcək”, – o bildirib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir