Hospital Bəhram Bağırzadənin adından yayılan səs yazısına münasibət bildirib

Cəmiyyət Gündəm Mədəniyyət

Mərkəzi Gömrük Hospitalı (MGH) Əməkdar artist Bəhram Bağırzadənin adından sosial şəbəkələrdə yayılan səs yazısına münasibət bildirib.
Hospitalın Mətbuat Xidmətinin rəhbəri Dilarə Zamanova “Ria24.az”a açıqlamasında bildirib ki, Bəhram Bağırzadə Mərkəzi Gömrük Hospitalına yerləşdiriləndən sonra onun səs yazısı olmayıb.
“Sözügedən səsyazısının həqiqətən də Bəhram Bağırzadəyə məxsus olmasını ailəsindən soruşmaq lazımdır. Bəhram Bağırzadə iyunun 13-də digər hospitaldan bizim hospitala köçürülüb. Həmin vəziyyətdə də yatır. Bəhram Bağırzadə Mərkəzi Gömrük Hospitalına köçürüləndən sonra heç bir səs yazısı olmayıb. Çünki o, reanimasiya şöbəsində aparatlara qoşulub və danışmayıb. Ümumiyyətlə, həmin səsin Bəhram Bağırzadəyə aid olmasını isə ailəsi bilər, çünki o səs bəlkə də Bəhram bəyin səsi deyil. Həmin səs ya əvvəllər yazılıb, ya da heç onun səsi deyil”, – D.Zamanova bildirib.
Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.
Əməkdar artistin 90%-dən çox ağciyər toxumasının zədələndiyindən onu ECMO cihazına qoşublar.
B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.
Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur. 

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir