BDU-nun müəllimi koronavirusdan ölüb – FOTO

Cəmiyyət Gündəm

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Naqif Nəbiyev vəfat edib.

Bildirilir ki, N.Nəbiyev koronavirus infeksiyasından dünyasını dəyişib. Onun 60 yaşı vardı. 

N.Nəbiyev 1977-1982-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb, 1986-cı ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb.

2015-ci ildən Fizika üzrə respublika və beynəlxalq fənn olimpiadalar qrupunun rəhbəri olub.

N.Nəbiyev BDU-nun Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi olub.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir