“Azərsu” rəhbərinin kürəkəni qəza törətdi – VİDEO

Cəmiyyət Hadisə

Azərsu ASC-nin sədri Qorxmaz Hüseynovun qızının əri Turan Həsənzadə lüks avtomobili ilə qəza törədib. Onun qəza zamanı içkili olduğu bildirilir.

Hadisə martın 19-da gecə saat 1 radələrində baş verib. Turan Həsənzadə idarə etdiyi 90 AA 575 dövlət nömrə nişanlı lüks avtomobillə “Port Baku”nun qarşısında park vəziyyətində olan iki avtomobili vurub.

Turan Həsənzadənin hadisəni törədən zaman içkili olduğu məlum olub. T.Həsənzadə hadisə yerində avtomobil sahiblərinə deyib ki, maşınları düzəltdirəcək.

Lakin səhər saatlarında hadisə yerinə Elvin adlı bir şəxs gəlib və qəzanı özünün törətdiyini deyib. o bildirib ki, pulu olmadığı üçün maşınları düzəltdirməyəcək. Baş verən qəza ilə bağlı tərəflər arasında mübahisə davam edir. Mövzu ilə bağlı yeni təfərrüatları təqdim edəcəyik.

Qeyd edək ki, Turan Həsənzadə Ədliyyə Nazirliyində ekspertiza mərkəzində rəhbər şəxsdir. Onun dayısı Pirallahı rayonunun İcra Hakimiyyətinin başçısı Vasif İmanovdur. (musavat.com)

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir