“Vətəndaşlar işləməlidir ki, həm dövlət büdcəsinə əlavə gəlir gəlsin, həm də…”

Cəmiyyət Gündəm İqtisadiyyat

Məlum olduğu kimi, pandemiya ilə əlaqədar olaraq ölkəmizdə iqtsiadi artım tempinin səngiməsi müşahidə olunur.

Maraqlıdır, iqtisadi artım tempinin səngiməsi ölkə iqtisadiyyatına nə vəd edir? Digər ölkələrlə müqayisədə Azərbaycanda bu sahədə vəziyyət nə dərəcədə qənaətbəxşdir?

Millət vəkili Vahid Əhmədov digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyətin daha qənaətbəxş olduğunu söylədi:

“Birinci yarımildə ümumdaxili məhsulda 2,5% azalma var. İlin axırına qədər bu rəqəmin 5%-ə qədər olması gözlənilir. Lakin elə dövlətlər var ki , pandemiya və neftin qiymətindəki azalma ilə bağlı bu rəqəm 10%-dən çoxdur. Ölkəmizdə iqtsiadi artım tempini yüksəltmək üçün gərəkli addımlar atılır.

Bu gündən etibarən bəzi xidmət sahələrinin də açılması nəzərdə tutulur. Çünki yoluxanların sayında azalma gedir. Xidmət sahələri açılmalı, insanlar işləməlidir. Vətəndaşlar işləməlidir ki, həm dövlət büdcəsinə əlavə gəlir gəlsin, həm də insanlar müəyyən məvacib ala bilsinlər. Bu baxımdan yumşaldılmaların davam etdirilməsi doğru addımdır”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir