Qəbul imtahanının balları aşağı salınacaq? – DİM

Cəmiyyət Gündəm

Hazırda qəbul imtahanlarında balların aşağı salınması ilə bağlı mövcud şərtlərin dəyişdirilməsi nəzərdə tutulmur.
Bu barədə Axar.az-ın bir çox ekspertlərin ali məktəblərə qəbul imtahanında balların aşağı salınması təklifi ilə bağlı sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
Qeyd edilib ki, ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul imtahanında hər iki mərhələ üzrə birlikdə topladığı ümumi bal əsasında aparılır:
“Müsabiqəyə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Lakin müəyyən ixtisaslar var ki, həmin ixtisaslar üzrə tətbiq edilən tələblər fərqlidir. Bəzi ixtisaslarda ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər də buraxılır”.
V ixtisas qrupu üzrə isə 75, 60, hətta 30 balla müəyyən ixtisasların müsabiqəsində iştirak etməyə icazə verilir:
“Müsabiqə şərtləri ilə “Abituriyent” jurnalının 2 saylı buraxılışında ətraflı tanış olmaq olar və hazırda bu şərtlərin dəyişdirilməsi nəzərdə tutulmur”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir