“Məktəblərdəki sanitar qovşaqlarla bağlı yay dövründə yoxlama aparılıb”.
Bunu Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə qərarına həsr olunan onlayn mətbuat konfransında Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib: “Sanitar qovşaqlardakı problemləri operativ şəkildə həll etməyə çalışdıq. Rayon və ya kənd məktəbləri var ki, sanitar qovşaqlarda su problemi var, indi bununla bağlı da işlər gedir. Su problemi ilə bağlı xətlərdə problem varsa, həll olunur, amma bəzi kəndlərin özündə su problemi var. Bununla bağlı su problemi olan məktəblərə suyun daşınması həyata keçirilir və keçiriləcək”.