Aygün Kazımova 3145 manatlıq obrazı ilə göz qamaşdırdı – FOTO

Cəmiyyət Gündəm

Xalq artisti Aygün Kazımova paylaşımı ilə diqqət mərkəzinə düşüb.

Hazırda Qəbələdə dincələn sənətçi sosial media hesabında ağ, dərin sinə dekolteli, uzun libasda kamera önünə keçib.

Retro avtomobil önündə cazibədar pozlar verən Kazımova qısa saç düzümü ilə göz qamaşdırıb.

Pop divanın dəbdəbəli geyiminin müəllifi yaxın dostu, dünya şöhrətli dizayner və stilist Rüfət İsmayıldır.

Dizaynerin yaratdığı bu libas “Afffair.fff” brendinin xüsusi kolleksiyasındadır.

Sinə hissəsi gümüşü rəngli, müxtəlif ölçülü daşlarla bəzədilən geyimin qiyməti isə 3145 manatdır.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir