Şəkidə ağır qəza: Beş nəfər yaralandı – VİDEO

Cəmiyyət Gündəm Hadisə Region

Şəkinin Vərəzət kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Şəki sakini Şirxan Mikayılovun idarə etdiyi minik avtomobili ilə Elçin Məmmədova məxsus yük maşını toqquşub. 

Qəza nəticəsində minik avtomobilində olan 19 yaşlı sərnişin Həsən Əhmədov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. 

Yaralı dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həsən Əhmədova açıq kəllə-beyin travması diaqnozu qoyulub. 19 yaşlı gənc komaya düşdüyündən dərhal reanimasiya şöbəsinə yerləşdirilib.

Qəza zamanı avtomobildə olan daha dörd nəfər yüngül xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. 

Xəsarət alan beş nəfərin hamısı rayonun Baş Zəyzid kəndinin sakinləridir. 

Faktla bağlı araşdır

ma aparılır.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir