Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 24 və 25 iyunda keçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafiki elan olunub.
Mərkəzdən verilən məlumata görə, 24 və 25 iyun tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə qrafikdə tanış olmaq olar.
Digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçiriləcəkdir.
“İmtahana buraxılış vərəqəsi” hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.
Xatırladaq ki, Naxçıvan – Bakı aviareysləri bərpa olunsa da, xüsusi karantin rejimindən əvvəl Naxçıvana gedərək orada qalan və yaranmış vəziyyətlə əlaqədar DİM-ə müraciət edən şəxslərin nəzərinə çatdırırıq ki, onlar üçün imtahan növbəti həftə içi günlərində Naxçıvanda təşkil olunacaqdır. Həmin şəxslər Bakıya dönməməli və Naxçıvanda qalmalıdırlar.
Xatırladaq ki, 24, 25 iyun tarixlərində şəhər və rayonlara uyğun olaraq, 9-cu sinif üzrə buraxılış imtahanları, 11-ci sinif üzrə buraxılış imtahanları, ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları, Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu (cari və əvvəlki illər) və 11-ci sinif (cari il) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçiriləcək.
Tarix/İmtahan* | 24.06.2020 | 25.06.2020 |
11-ci sinif cari ilin məzunları üçün buraxılış imtahanı | Nizami (Bakı) Nəsimi (Bakı) Sumqayıt (II hissə siyahı) Zaqatala Qax İsmayıllı Ucar Xaçmaz Siyəzən Xızı | Sabunçu (Bakı) Səbail (Bakı) Abşeron (II hissə siyahı) Balakən Oğuz Şamaxı Zərdab Quba |
Azərbaycan dili (dövlət dili) imtahanı -Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif cari ilin məzunları üçün | Binəqədi (Bakı) Suraxanı (Bakı) Gəncə/Kəpəz Sabirabad Qazax Cəlilabad Lənkəran Yevlax Xüsusi məktəblər (Bakı)* | Yasamal (Bakı) Xəzər (Bakı) Gəncə/Nizami İmişli Ağstafa Masallı Astara Bərdə Biləsuvar |
9-cu sinif cari ilin məzunları üçün buraxılış imtahanı | Gəncə/Kəpəz Sabirabad Qazax Cəlilabad (I hissə siyahı) Lənkəran Yevlax Xüsusi məktəblər (Bakı)* | Gəncə/Nizami İmişli Ağstafa Masallı (I hissə siyahı) Astara Bərdə (II hissə siyahı) Biləsuvar |
01.03.2020-ci il tarixində buraxılış imtahanı vermiş və 9 illik təhsil bazasında kolleclərə sənəd vermiş cari ilin məzunları üçün qəbul imtahanı | Binəqədi (Bakı) Suraxanı (Bakı) | Yasamal (Bakı) Xəzər (Bakı) |
9 illik təhsil bazasında kolleclərə sənəd vermiş əvvəlki illərin məzunları üçün qəbul imtahanı | Binəqədi (Bakı) Suraxanı (Bakı) Gəncə/Kəpəz Sabirabad Qazax Lənkəran Yevlax Xüsusi Məktəblər (Bakı)* | Yasamal (Bakı) Xəzər (Bakı) Gəncə/Nizami İmişli Ağstafa Astara Bərdə Biləsuvar |
Azərbaycan dili (dövlət dili) imtahanı – – Azərbaycan dilindən fərqli dildə təhsil alan 9‑cu sinif cari ilin məzunları üçün – 9 illik təhsil bazasında kolleclərə ərizəsini rus bölməsi üzrə təsdiq etmiş əvvəlki illərin məzunları üçün | Nizami (Bakı) Nəsimi (Bakı) Sumqayıt Zaqatala Qax İsmayıllı Ucar Xaçmaz Siyəzən Xızı | Sabunçu (Bakı) Səbail (Bakı) Abşeron Balakən Oğuz Şamaxı Zərdab Quba |