14 gündə Azərbaycanda virusa yoluxma 50 faiz artıb

Cəmiyyət Gündəm Hadisə

Avropada vəziyyət düzəlsə də, bütün dünyada virusun təhdidləri davam edir. 

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

H.Harmancı qeyd edib ki, dünyada virusa yoluxmanın 100 minə çatması üçün iki ay vaxt getmişdi, ancaq son 24 saatda 180 mindən çox yoluxma olub:

“Avropada vəziyyət yaxşılaşmağa doğru getsə də, qlobal olaraq yaxşı deyil. Avropada virusdan yoluxanların 21 faizi tibb işçiləri, vəfat edənlərin 95 faizi isə müxtəlif xəstəliklərdən əziyyət çəkənlər, xəstələrin 94 faizi 65 yaşdan yuxarı insanlardır”.

O deyib ki, virus əleyhinə hazırlanan peyvəndlərdən biri sınağın son mərhələsindədir: “2021-ci sonuna kimi bu peyvəndin əlçatan ola biləcəyi gözlənilir”.

H.Harmancı həmçinin deyib ki, “Deksametazon” dərman preparatının ölüm hallarının azaldılmasında mühüm rol oynadığı müşahidə edilir.

H.Harmancı əlavə edib ki, bu yaxınlarda Azərbaycana yeni fərdi qoruyucu vasitələr gətiriləcək. Bundan sonra daha iki partiya qoruyucu vasitələr gətiriləcək.


Onun sözlərinə görə, son 14 gündə Azərbaycanda COVID-19-a yoluxma sayında 50 faiz artım olub.

Onun sözlərinə görə, hazırda ən vacib tədbir fiziki məsafənin qorunmasıdır:

“Mən COVID-19-u təhlükəsini dərk edən insanlara müraciət edərək demək istəyirəm ki, bilgilərinizi yalnız özünüz üçün saxlamayın. Bu barədə digər insanlara da məlumat verin”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir