Koronavirus xofu: Müayinəyə gedənlərin sayı kəskin artır – VİDEO

Cəmiyyət Gündəm

Pandemiya səbəbindən insanların əksəriyyətində qorxu hissi yaranıb. Özündə müəyyən narahatlıq hiss edən, soyuqdəyməsi olan da, olmayan da “Görəsən, virusa yoluxmuşammı?” sualını verir. Elə buna görə də koronavirusun əsas hədəfi olan ağciyərləri kompüter tomoqrafiyasından keçirmək üçün müraciətlərin sayı xeyli çoxalıb.

Bəs, əslində, kompüter tomoqrafiyası üçün kim müraciət etməlidir?

“Müraciətlərin sayı, demək olar ki, çox artıb. Ən çox qızdırması, öskürəyi olan xəstələr, xroniki xəstəliyi olub şikayətləri artan şəxslər müraciət edir. Əslində, dünya təcrübəsinə baxsaq, KT-yə kimlər müraciət etməlidir?

İlk növbədə, testi neqativ çıxan xəstələrdə erkən həssas diaqnoz üçün KT tövsiyə olunur. Kliniki əlamətləri artan xəstələrə də KT məsləhət görülür” – deyə radioloq Fərhad Qarayev bildirir.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir