Şərur sakinindən üç ədəd odlu silah aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Şərur Rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Aşağı Aralıq kənd sakini Q.Quliyevin evinə baxış zamanı qonşusu R.Hüseynova məxsus, qanunsuz saxladığı “İJ”, “Teksan” və “Maqnum” markalı 3 ov tüfəngi aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az