Paytaxtda yolu keçən piyadanı avtomobil vurub

Cəmiyyət


Bakının Səbail rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1976-cı il təvəllüdlü Abdullayeva Ceyran Balaqardaş qızını vurub. Yaralı təcili tibbi yardım maşınının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır nahiyəsinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

www.102info.az