Şəhid Qorxmaz İsgəndərov dəfn edilib

Müharibə

Laçından olan şəhid İsgəndərov Qorxmaz İsgəndər oğlu ilə vida mərasimi keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, laçınlıların kompakt məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində təşkil olunan mərasimdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının nümayəndələri və rayon ictimaiyyəti iştirak edib.

Daha sonra şəhid Qorxmaz İsgəndərov həmin ərazidə salınmış məzarlıqda dəfn olunub.

Qeyd edək ki, Qorxmaz İsgəndərov Laçın rayon Sadınlı kənd sakinidir. O, dövlət sərhədinin Kəlbəcər rayon ərazisində Ermənistan ordusunun törətdiyi təxribatın qarşısını alarkən şəhid olub.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 350-400 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir