Bakı-Qazax magistral yolunda piyadanın ölümü ilə nəticələnən hadisə baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Ağdaş rayonunun Ləki qəsəbəsindən keçən hissəsində baş verib.
Belə ki, qəsəbənin gişində yük avtomobilinin təkəri çıxıb və oradakı yanacaqdoldurma məntəqəsində dayanan 1983-cü il təvəllüdlü Aqil Hümbətova dəyib.
O, hadisə yerində vəfat edib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a bildirib ki, faktla bağlı araşdırma aparılır.
www.102info.az