Bakıda və rayonlarda leysan yağacaq

Cəmiyyət

Bakı. Trend:

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin
həftə sonunadək davam edəcəyi gözlənilir.

Trend
xəbər verir ki, bu barədə Milli Hidrometeotologiya Xidməti məlumat
yayıb.

Bildirilib ki, Azərbaycanın rayonlarında fasilələrlə
qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı
gözlənilir.




“Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-Aran,
Lənkəran-Astara, Dağlıq Şirvan bölgəsinin bəzi ərazilərində
yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda
sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda
Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel
keçəcəyi ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında avqustun 12-dən 13-nə keçən gecə
və səhər arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı
yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək
çaxacağı ehtimalı var”,- deyə əlavə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir