Partlayışda özü öldü, qardaşı və bacısı oğlu ağır yaralandı

Cəmiyyət


Binəqədidə baş verən partlayışda həlak olanlardan birinin kimliyi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, mebel sexində baş vermiş hadisə nəticəsində Zaur Qulu oğlu Cəfərov dünyasını dəyişib.

Bundan başqa, onun qardaşı Şahin Cəfərov və Nicat adlı bacısı oğlu da sözügedən partlayış nəticəsində ağır yanıq xəsarətləri alıb.

Mərhum sabah Binə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, hadisə nəticəsində bu saatadək xilasedicilər tərəfindən dağıntılar altından üçü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, doqquz nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir