Xocalıda kütləvi məzarlıqda qalıqları aşkar edilənlərin sayı 18-ə çatıb – SİYAHI + CANLI YAYIM

Cəmiyyət

“Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 18-ə çatıb”. 

Oxu.Az-ın məlumatına görə, bunu Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev Xocalıda aşkar edilmiş kütləvi məzarlığa dair keçirilən brifinq bildirib. 

Onun sözlərinə görə, aşkar edilmiş meyitlərin 25 ildən çox müddətə aiddir: “Məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində doqquz nəfərin şəxsiyyəti müəyyən edilib: 

Əliyev Ağaəli Naib oğlu – 01.06.1933-cü il 
Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il 
Mahmudov Akif Seydulla oğlu – 01.06.1962-ci il 
Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il 
Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935 
Cavadov Əli Müsül oğlu – 15.06.1954-cü il 
İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il 
Məhərrəmova Bəsirə Vəli qızı – 01.06.1954-cü il 
Nəcəfov Şiraslan Məmiş oğlu 
Cavadov Əli Müsül oğlu – 15.06.1954-cü il 
İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il 
Məhərrəmova Bəsirə Vəli qızı – 01.06.1954-cü il”. 
Qeyd olunub ki, istintaq materiallarına əsasən qeyd edilən şəxslərin hamısı 26.02.1992-ci il tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.

İlhamə Əbülfət

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir