Qarabağ Azadlıq Təşkilatı (QAT) Mətbuat Xidməti bildirir ki, QAT-ın və Beynəlxalq Qarabağ Forumunun üzvü, İsveçdə yaşayan azərbaycanlı iş adamı Kənan Hacıəkbəroğlunun İsveçdə ermənilər tərəfindən döyülməsi ilə bağlı xəbər həqiqəyə uyğun deyil, kimlər tərəfindənsə mətbuata ötürülmüş dezinformasiyadır.
Bu barədə QAT-a K.Hacıəkbəroğlu özü və İsveçin Yönköpinq Regional parlamentinin deputatı, diaspor təşkilatının rəhbəri İradə Əiyeva -Söderberg məlumat verib. İ.Əliyeva -Söderberq xüsusi olaraq qeyd edib:
“ İsveç hüquq mühafizə orqanları prosesləri nəzarətdə saxlayır, belə bir halın baş verməsi mümkün deyil. Biz də diaspor təşkilatı olaraq hər hansı zorakarlığın baş verməmsi üçün tədbirlərimizi görürük”.