Avtomobilin nömrə nişanını gizlədən sürücülərə çağırış (FOTO)

Cəmiyyət

Bakı. Trend:

Son zamanlar Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları
tərəfindən aparılan müşahidələr zamanı xüsusilə magistral yollarda
və hərəkət intensivliyi yüksək olan ərazilərdə bəzi sürücülərin
nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını örtüklə, parça
və ya digər vasitələrlə gizlətməsi hallarına daha tez-tez rast
gəlinir.

BDYPİ-dən Trend-ə bildirilib ki, bu cür halların əsas məqsədi
sürücülərin radar və digər texniki nəzarət vasitələrindən
yayınması, törədilən qayda pozuntularını qeydə alınmaz vəziyyətə
gətirməyə çalışmasıdır.

Bildirilib ki, bu cür davranış yalnız inzibati hüquq pozuntusu
deyil, həm də cəmiyyətin təhlükəsizliyinə qarşı yönəlmiş
məsuliyyətsiz bir addımdır.




“Yol hərəkətində şəffaflıq və təhlükəsizlik prinsiplərinə ciddi
zərbə vuran bu cür hallara qarşı Baş Dövlət Yol Polisi İdarəsi
tərəfindən nəzarət tədbirləri gücləndirilib, xüsusi texniki
vasitələrin köməyi ilə qeydiyyat nişanlarını qəsdən gizlədən
sürücülərin müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin
edilir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha yol sürücüləri qanunlara
əməl etməyə, nəqliyyat vasitələrinin qeydiyyat nişanlarının üzərinə
müdaxilə etməməyə çağırır. Unutmayın ki, qanuna hörmət
təhlükəsizliyə və cəmiyyətə hörmətdir”, – deyə məlumatda qeyd
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir