
Bakı. Trend:
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər
təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə
müsabiqənin müsahibə mərhələsi keçirilib.
Trend
xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.
Bildirilib ki, 2022-ci və 2023-cü illərdə keçirilən
müsabiqələrin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən,
lakin bal ardıcıllığına və seçiminə uyğun olaraq yerləşdirilməsi
mümkün olmayan namizədlər, eyni zamanda 2023-cü ildə test
imtahanında keçid balını (29 və daha çox) toplayan və müsahibəyə
qatılmayan şəxslər yenidən təşkil olunmuş müsahibədə iştirak
ediblər.
Qeyd edək ki, müsahibə mərhələsində namizədlərin psixoloji və
peşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən yoxlanılıb.
Müsahibənin nəticələri barədə namizədlərə məlumat veriləcək.
Nəticələrlə bağlı müraciətlərə baxılması məqsədilə xüsusi
komissiya yaradılacaq.

