
Bakı. Trend:
Sərfəli xidmətləri ilə yanaşı cəmiyyətə dəyər qatan təşəbbüşləri
ilə fərqlənən “Nar” Beynəlxalq Biznes Mükafatlarında “İlin
Kommunikasiya və ya PR kampaniyası” nominasiyasında “Gümüş Stevie”
mükafatına layiq görüldü.
“Nar”ın mükafata layiq görülən sosial layihəsi nitq və
eşitmə məhdudiyyətli şəxslərə yönəlmiş “Təlim
məktəbi” iştirakçıların peşə
bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların əmək bazarına
inteqrasiyasına və müstəqil fəaliyyət imkanlarının genişlənməsinə
dəstək olur. Layihə çərçivəsində 200-dən çox gəncə müxtəlif peşələr
üzrə təlim və dəstək göstərilib.
Qeyd edək ki, bu il Beynəlxalq Biznes Mükafatlarına 78 ölkədən
3800-dən çox müraciət olub. Layihələr müxtəlif
ölkələri təmsil edən, ümumi tərkibi 250-dən çox
mütəxəssisdən ibarət olan doqquz münsif heyəti tərəfindən
dəyərləndirilib.
“Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət
departamentinin rəhbəri Hökümə Kərimova bildirib: “Eşitmə və nitq
məhdudiyyətli şəxslərə yönəlmiş sosial layihələrimiz onların həyat
keyfiyyətinin yaxşılaşmasına və cəmiyyətdə bərabər imkanların
yaradılmasına mühüm töhfə verir. “Nar”ın inklüziv cəmiyyət qurmaq
istiqamətində atdığı strateji addımların beynəlxalq miqyasda
tanınması və nüfuzlu mükafatla dəyərləndirilməsi sosial məsuliyyət
strategiyamızın uğurla həyata keçirildiyinin göstəricisidir”.
“Stevie Awards” 2002-ci ildə ABŞ-da təsis olunub və dünyanın
müxtəlif ölkələrində fəaliyyət göstərən şirkətlərin və fərdlərin
biznes sahəsindəki nailiyyətlərini qiymətləndirir. Mükafat
qalibləri uğurlu nümunə kimi təqdim olunur. Qeyd edək ki, “Nar” bu
nüfuzlu mükafata artıq üçüncü dəfə layiq görülür.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə
xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə
görə ölkədə lider mobil operatordur. Mobil operator
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət
qarşılığında üstün xidmət təqdim edir.