Hacı Nuran Bəhram Bağırzadə üçün donor olacağını açıqladı – Foto

Cəmiyyət Gündəm Mədəniyyət

Aparıcı Hacı Nuran Hüseynov Bəhram Bağırzadə üçün donor olacağını bildirib.

Sosial şəbəkədə B.Bağırzadə ilə bağlı paylaşım edən H.Nuran bu barədə bildirib:

“Bəhram Bağırzadənin vəziyyətinin kritik olması mənim üçün üzücü xəbərdir. Belə anlarda seyirci qalmayacağım hamıya bəllidir. Könüllü olaraq ağ ciyər donoru olmağa qərar verdim. Dost yolunda canımdan can lazımdırsa, əsirgəmərəm, təki bakılı oğlan sağalsın. Təki mənim ciyərlərim ona nəfəs verməyə qadir olsun. Çünki əlimdən dualardan və ciyərimin bir parçasını verməkdən başqa bir şey gəlmir”. 

Qeyd edək ki, koronavirus infeksiyasına yoluxan Əməkdar artist hazırda reanimasiyadadır.

Hacı Nuran Bəhram Bağırzadə üçün donor olacağını açıqladı - Foto
Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir