Abşeron rayonunda quldurluq etmiş şəxslər tutulub.
Abşeron RPİ-yə müraciət edən Bakı şəhər sakini X.Muradov iyunun 17-də saat 1 radələrində Mehdiabad qəsəbə qəbristanlığının ərazisində 3 nəfərin onu döyərək 500 manat pulunu və şəxsiyyət vəsiqəsini aldığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Mehdiabad qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş E.Məmmədov, N.Cəfərov və F.Nəzərov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırma aparılır.