Lukaşenko Avropa liderlərini “ağılsızlar” adlandırdı

Dünya

Belarus prezidenti Aleksandr Lukaşenko media nümayəndələri arasında odun doğrama çempionatının qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən Avropa liderlərini “ağılsızlar” adlandırıb.

“Amerikalılara qitəyə əlavə nüvə silahı gətirməyə icazə verənləri liderlər adlandırmaq olarmı? Onlar ağılsızlardır”, – deyə Lukaşenko bildirib.

O qeyd edib ki, Avropa ölkələrinin vətəndaşları müharibə istəmirlər.

“Onlar başa düşürlər ki, bu gün Ukraynada hərbi əməliyyatlar gedir. Eyni zamanda Belarusu da bu işə qatmağa çalışırlar. Sabah isə müharibə alovu bütün Avropaya yayılacaq”, – deyə Belarus dövlət başçısı izah edib.

Mənbə: rossaprimavera.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir