Filippində vulkan püskürdü: On mindən çox sakinin təxliyəsinə başlanıldı – FOTO/VİDEO

Maraqlı


Filippində Mayon vulkanı oyanıb. Bununla əlaqədar minlərlə insan təxliyə edilib.

Bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutundan xəbər verilib.

Bildirilir ki, vulkanik aktivliyin artması fonunda üçüncü təhlükə səviyyəsi, Albay vilayətində isə fövqəladə vəziyyət elan olunub.

Albay vilayətinin qubernatoru Edsel Laqman bildirib ki, regionda qabaqlayıcı təxliyə aparılır, vulkana ən yaxın ərazilərdə yaşayan üç min nəfər artıq təhlükəsiz yerlərə aparılıb, daha 10 mindən çox insanın çıxarılması gözlənilir.

Qeyd edək ki, hündürlüyü 2 462 metr olan Mayon vulkanı Luzon adasının cənub-şərqindəki Bikol bölgəsində yerləşir.

Mənbə: GMA

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir