“Meta” 11 min işçisini ixtisar edəcək

Dünya

“Meta” işçilərinin təxminən 13%-ni, yəni 11 mindən çox insanı işdən çıxaracaq.

Bu barədə korporasiyanın rəhbəri Mark Zukerberqin çərşənbə günü şirkətin saytında dərc olunmuş məktubunda deyilir.

“Mən komandamızın sayını təxminən 13% azaltmaq və 11 mində çox istedadlı işçimizi ixtisar etmək qərarına gəlmişəm”, – deyə o, bildirib.

Məktubda M. Zukerberq bu qərara görə məsuliyyət daşıdığını vurğulayıb. O, qərarın səbəblərindən biri kimi COVID-19 pandemiyası zamanı yanlış investisiyaları qeyd edib.

Şirkət həmçinin yeni işçilərin qəbuluna qoyulan qadağanı 2023-cü ilin birinci rübünə qədər uzadıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir