Egey dənizində bu gün axşam saatlarında fırtına ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Bu barədə Türkiyə Meteorologiya 2-ci Region Müdirliyinin Proqnoz və Erkən Xəbərdarlıq Mərkəzi bildirib.
“6-8 (50-75 km/saat) gücündə olacaq fırtınanın şənbə günü axşam saatlarından sonra təsirini itirəcəyi gözlənilir”, – deyə məlumatda qeyd edilib.
Dənizçilərə və yerli əhaliyə dəniz nəqliyyatında fasilələr yarana biləcəyi ilə bağlı da xəbərdarlıq edilib.
Mənbə: DHA
www.102info.az