Ukraynalı qaçqınlar üçün ən çox vəsait xərcləyən ölkələrdən biri olan İrlandiya dəstəyini əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.
Mənbə iddia edir ki, xüsusilə ölkəyə yeni gələn ukraynalıların dövlət mənzilləri ilə təmin edilməsində məhdudiyyətlər tətbiq olunacaq.
Belə ki, üç ay dövlət balansında olan mənzildə qaldıqdan sonra ukraynalılar ya özəl kirayə sektorunda mənzil axtarmalı olacaqlar, yaxud da girov müqabilində daşınmaz əmlakdan istifadə edə biləcəklər.
Eyni zamanda, bu cür dəyişikliklər yalnız ölkəyə yeni gələnlərə şamil olunacaq.
Həmçinin məlum olub ki, İrlandiya hökuməti ukraynalılar üçün sosial müavinətlərin azaldılmasını da nəzərdən keçirməlidir, lakin bu məsələyə hələ yaxın vaxtlarda baxılmayacağı güman edilir.
İrlandiya rəsmiləri bildiriblər ki, ukraynalı qaçqınları dəstəkləmək üçün mövcud olan hazırkı yanaşma davamsız və yararsızdır, ona görə də yeni modelə ehtiyac var.
Mənbə: The Irish Examiner
www.102info.az