İsraildə tibb bacıları və feldşerlərin etiraz tətili başlayıb.
Tibb işçiləri aylıq əməkhaqqının artırılmasını tələb edirlər.
İyulun 19-da Maliyyə Nazirliyi ilə tətilçilərin nümayəndələri arasında məsələyə dair keçirilən danışıqlar uğursuzluqla nəticələnib.
Tibb bacıları və feldşerlərin Həmkarlar İttifaqı koronavirusa yoluxmanın artması fonunda İsrail xəstəxanalarının yüklənməsi ilə əlaqədar tibb işçilərinin əməkhaqqının artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb ediblər.
Tətillə əlaqədar planlaşdırılmış bir sıra əməliyyatlar, analizlərin qəbulu ertələnəcək, peyvəndləşdirmə klinikası bağlanacaq.