Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Aya Sofya Kəbir” Məscidində qılınan cümə namazına qatılıb.
Rəcəb Tayyib Ərdoğan cümə namazından əvvəl Mehmet Bahçeli ilə birlikdə Fatih Sultan Mehmet türbəsini ziyarət edib.
O, bildirib ki, bugünkü namazda 350 min nəfər iştirak edib. Daha sonra jurnalistlərə açıqlama verən Ərdoğan “Artıq bu yer öz əslinə qayıtdı, məscid idi yenidən məscid oldu. İnşallah, bundan sonra həmişə bütün möminlərə məscid olaraq xidmət etməyə davam edəcək. Bütün insanlığın mədəniyyət mirası olaraq insanların gəlib ziyarət edə biləcəyi bir yerdir”,-deyə qeyd edib.