Yunan yepiskopdan Türkiyəyə ağır sözlər

Dünya

İstanbulda Ayasofya məscidinin yenidən ibadətə açılmasından hiddətlənən yunan Baş yepiskop Yeronimos adı çəkilən məsciddə düzənlərən cümə namazı haqda “Mədəniyyət adına utancverici və insanlığın inkarı” sözlərini işlədib.
Xristian din xadimi Ayasofya məscid kimi fəaliyyətini davam etdirməsinə hiddətini gizlədə bilməyib.
O, “Çağımızın ən böyük təhlükəsi olan barbarlığın yayılmaması üçün dua etdik”, deyə bildirib.
Baş verənlərə etiraz olaraq Selanikdə Hagia Sofia kilsəsində keçirilən dini ayindən sonra nasist “Qızıl şəfəq” və “Müqəddəs tabor” təşkilatının üzvləri kilisənin önündə və Türkiyənin baş konsulluğunun yaxınlığında qardaş ölkənin bayrağını yandırıblar.
Qeyd edək ki, 86 il sonra Aya Sofiyanın ibadətə açılması dünya mətbuatında böyük maraq yaradıb. Aya Sofiya məscidində Quran oxunması Yunanıstan televiziyasında canlı olaraq yayımlanıb.İstanbulun fəthinə qədər 916 il ərzində kilsə olaraq, 1453-cü ildən 1934-cü ilə qədər məscid kimi istifadə edilən Aya  Sofya 86 il muzey kimi fəaliyyət göstərib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir