Rusiya qoşunlarının Ukraynada apardığı müharibənin qurbanları arasında onlarla uşaq da var.
Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Qeyd edilib ki, Rusiya ilə Ukrayna arasında müharibə başlayandan indiyədək 109 uşaq həlak olub, 130-dan çoxu yaralanıb. Onların əksəriyyəti Kiyev və Xarkov vilayətlərində öldürülüb.
Uşaqların harada öldürüldüyü aşağıdakı siyahıda göstərilib:
– Kiyev vilayəti – 55 qurban,
– Xarkov – 34,
– Donetsk – 26,
– Çerniqov – 29,
– Nikolayev – 20,
– Jitomir – 15,
– Sumı – 14,
– Xerson – 14.
Bundan başqa, bombardmanlar və top atəşləri nəticəsində 439-dan çox təhsil müəssisəsi zərər görüb, onlardan 63-ü tamamilə məhv edilib.
Kiyev şəhərinin Səhiyyə Departamentinin məlumatına görə, rus işğalçıları ilə 20 günlük müharibədə paytaxtda 725 uşaq doğulub: 388 oğlan və 337 qız. Yeni doğulanlar arasında 12 əkiz var.