Ukraynanın Televiziya və Radio Yayımları üzrə Milli Şurası “Rus Radiosu – Ukrayna” radiostansiyasının adını “Radio Bayraktar” olaraq dəyişib.
Bununla da Türkiyə istehsalı “Bayraktar TB2” PUA-larının Ukraynanın müdafiəsinə verdiyi töhfə bir daha vurğulanıb.
Qeyd edək ki, hazırda Ukrayna Silahlı Qüvvələri ölkə ərazisindəki hərbi əməliyyatlarda adıçəklən zərbə dronlarından geniş istifadə edir.
Mənbə: “RİA Novosti”
www.RIA24.az