Əfqanıstanda “YouTube” bloqerləri həbs ediliblər

Dünya

Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hərəkatının nümayəndələri tərəfindən dörd “YouTube” bloqeri saxlanılıb.

Bloqerlər əsasən dini mövzularda müxtəlif satirik videolar hazırlamaqla məşğul olublar.

Saxlanılan bloqerlər dini dəyərlərə qarşı apardıqları fəaliyyətə görə üzr istəyərək gəncləri onlardan nümunə götürməməyə çağırıblar.

Hələlik saxlanılan şəxslərə hansı cəzanın veriləcəyi barədə məlumat verilməyib.

Mənbə: Sputnik Əfqanıstan

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir