15 yaşlı ukraynalı Rusiyanın ən böyük texnika kolonlarında birinin məhvinə kömək etdi – FOTO

Maraqlı

15 yaşlı yeniyetmə Andrey Pokrasa Ukraynada Rusiyanın ən böyük texnika kolonlarında birinin məhvinə kömək edib. 

Bu işdə ondan ukraynalı müdafiəçilər kömək istəyiblər. Yeniyetmə öz kvadrokopterindən istifadə edərək Rusiya ordusunun karvanını aşkar edib.

Beləliklə, Kiyevə gedən Rusiya texnikaları kolonu məhv edilib.

Bu barədə  Ukrayna Silahlı Qüvvələrinin pilotsuz kəşfiyyat idarəsinin komandiri Yuri Kasyanov xəbər verib.

“O, ərazidə pilotsuz təyyarələrlə təcrübəyə malik olan yeganə şəxs idi. O, əsl qəhrəmandır, Ukrayna Qəhrəmanıdır”, – deyə komandir bildirib.

Yeniyetmə isə hərbçilərin Rusiya kolonunun təxminən harada ola biləcəyi ilə bağlı məlumat verdiyini deyir.

“Hədəfimiz dəqiq koordinatları tapmaq və əsgərlərə ötürmək idi. Bu, Jitomir şossesi ilə hərəkət edən ən böyük kolonlardan biri idi və biz onu tapa bildik. Yük maşınlarından birinin sürücüsünün tez-tez farları yandırması səbəbindən onu aşkarlaya bildik”, – deyə Pokrasa bildirib.

Koordinatlar ərazi müdafiə bölməsinə ötürülüb, onlar isə Kiyevdən təxminən 40 kilometr qərbdə, Berezovka yaxınlığında Rusiya qüvvələrinin qarşısını ala bilib.

Andreyin bu əməliyyatda iştirakını onun valideynləri, pilotsuz kəşfiyyat idarəsinin komandiri Kasyanov və Ümumukrayna Pilotsuz Təyyarə Sahibləri Federasiyasının rəhbəri Taras Troyak da təsdiqləyib.

Mənbə: The Telegraph

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir