Diaspor fəalları Ukrayna ordusu üçün qan verdilər – FOTO

Dünya

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov başda olmaqla təşkilatın rəhbər heyəti Ukrayna ordusu üçün qan veriblər.

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

H.Cavadovun bildirdiyinə görə, bu tədbir Kiyev Şəhər Donorluq Mərkəzində keçirilib. 

Onun dediyinə görə, sözügedən aksiyaya UABD-nin Ukraynanın digər vilayətlərində fəaliyyət göstərən nümayəndəliklərinin üzvləri də qoşulacaqlar. 

“Biz Ukraynaya hərtərəfli kömək edir, Ukrayna xalqının bir hissəsi olduğumuzu əməli işlərimizlə sübuta yetiririk”, – deyə UABD rəhbəri vurğulayıb. 

Xatırladaq ki, Azərbaycan diaspor fəalları Ukrayna ordusuna, habelə müharibədən əziyyət çəkən dinc əhaliyə maddi yardımlar göstərir. Bununla yanaşı ölkənin bir çox azərbaycanlı vətəndaşları silaha sarılaraq vətənləri Ukraynanın müdafiəsinə qalxıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir