15 iyun – Milli Qurtuluş Günü ərəfəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nümayəndələri qurumun himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkiblər.
Məlumata görə, dənizçilər əslən Xocalı, Kəlbəcər, Laçın, Ağdam, Şuşadan olan və Goranboy rayonunda müvəqqəti məskunlaşan 779 qaçqın və məcburi köçkün ailəsinə ümumilikdə 3 350 nəfərə zəruri ərzaq məhsullarından ibarət sovqat paylayıblar.
Sovqatları qəbul edən sakinlər onlara hər zaman göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.