Su polisindən FHN ilə birgə reyd: 15 nəfər cərimələndi – VİDEO

Dünya

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsi və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi istiqamətində dəniz akvatoriyasında reyd keçirib.

Tədbirlər paytaxtın və Abşeron yarımadasının Bakı bulvarı, Şıx, Hövsan, Türkan, Dübəndi, Mərdəkan, Bilgəh, Buzovna, Novxanı, Nardaran, Pirşağı və digər ərazilərində keçirilib.

Reydlər çərçivəsində ərazilərdə FHN-in və DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən 24 post qurulub. Reydlərə Su Nəqliyyatında Polis İdarəsinin iki ədəd patrul kateri cəlb edilib.

Tədbirlər çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargahın tətbiq etdiyi qaydaları pozan 15 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq protokollar tərtib edilib.

Su Nəqliyyatında Polis İdarəsinin və FHN-nin əməkdaşları dəniz kənarında olan vətəndaşlarla maarifləndirici-profilaktik söhbətlər aparıb.

İdarədən bildirilib ki, bu cür tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir