Bolqarıstan Prezidenti Rumen Radev Bolqarıstanda Parlamentin buraxılması haqqında fərman imzalayıb.
Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Prezident Rumen Radev avqustun 2-dən 47-ci Xalq Yığıncağının buraxılması haqqında fərman imzalayıb”, – deyə xəbərdə bildirilib.
O da vurğulanıb ki, ölkədə yeni parlament seçkisi oktyabrın 2-də keçiriləcək. Həmin vaxta kimi isə artıq elan olunmuş texniki hökumət işləyəcək.
Mənbə: TASS
www.102info.az