“Azərbaycan ordusu, cəngavər əsgərlərimiz azğınlaşmış erməni quldurlarının Tovuz istiqamətində təmas xəttində təxribatlarının qarşısını qəhrəmancasına aldılar, düşmənə layiqincə cavab verdilər”.
Bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini – İcra Katibi Əli Əhmədov “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, xalq yeni qəhrəmanlarını tanıdı: “Vətən uğrunda həlak olan baş leytenant Rəşad Mahmudovla, çavuş Vüqar Sadıqovla, baş əsgər Elşad Məmmədovla və əsgər Xəyyam Daşdəmirovla qürur duyuruq. Onların qanının yerdə qalmayacağına əminik.
Allah şəhidlərimizə rəhmət etsin!”
![](https://ria24.az/wp-content/uploads/2020/07/292970.jpg)