Ermənilər beynəlxalq qanunları pozaraq xəstəxananı hədəf alıb – VİDEO

Gündəm

“Ermənistan ötən gün Cenevrə konvensiyasının 18-ci maddəsini pozaraq Tovuzun Mərkəzi Xəstəxanasını hədəf alıb”.
Bunu jurnalistlərə açıqlamasında Ombudsman Səbinə Əliyeva deyib.
Ombudsman xatırladıb ki, həmin maddədə münaqişə tərəflərinin heç bir halda mülkü yaşayış yerlərini, xəstəxanaları hədəf almamaları qeyd olunub:
“Əfsus ki, Ermənistan bu dəfə də beynəlxalq qanunları pozub və hazırda biz bunu müşahidə edirik”.
S.Əliyeva qeyd edib ki, buna qəti etiraz edilir və bu barədə müvafiq beynəlxalq qurumlar ən qısa zamanda məlumatlandırılacaq.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.