Prezident Elmira Süleymanova ilə bağlı sərəncam imzaladı

Gündəm

Azərbaycan Prezidenti İlham Əliyev Elmira Teymur qızı Süleymanovaya Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 
Sərəncamda deyilir:
1. Azərbaycan Respublikasında insan hüquqlarının qorunması sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Elmira Teymur qızı Süleymanovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.