“Bu təxribatı törətməkdə ermənilərin məqsədi var idi…”

Gündəm

Tovuz döyüşləri zamanı ermənilər itkilərini gizlətsələr də, bir müddət sonra bunun üstü açıldı və məlum oldu ki, düşmən 30-dan çox hərbçisini itirib. Həmin müddət ərzində erməni mediası bir nəfər də olsun hərbçisinin ölməsi və ya yaralanmasıyla bağlı məlumat vermirdi. 
Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev müharibə dövründə itkiləri gizlətməyin doğru addım olmadığını bildirdi:

“Tovuz hadisələrindən sonra erməni informasiya mənbələri özlərini çox qəribə aparırdılar. Mən deyərdim ki, hətta bizim Müfadiə Nazirliyinin informasiya strukturu bu dəfə daha yaxşı işlədi və ilkin informasiyanı da o verdi. İtkiləri gizlətmək mümkün deyil, sonda onsuz da bu bəlli olur. Ona görə də şəffaflıq hər şeydən yaxşıdır. Çünki bu boyda itkiləri gizlətmək olmaz. Düşünürəm ki, bu erməni tərəfinin, xüsusilə Müdafiə Nazirliyinin özünü itirməsindən asılı oldu. Çünki onlar bilmirdilər ilkin informasiyanı necə versinlər. Onlar bununla bağlı çox qəribə bəyanat da verdilər. Amma yavaş-yavaş hər şeyin üstü açıldı. İkincisi isə bu təxribatı törətməkdə ermənilərin məqsədi var idi və bütün informasiyalar da ona xidmət edirdi”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.