Bu ayın bütün sosial ödənişləri başa çatdırılıb

Gündəm

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən iyul ayının bütün
sosial ödənişləri başa çatdırılıb.

Bu barədə Trend-ə DSMF-dən məlumat verilib.




Bildirilib ki, iyulun 11-də Bakı, Sumqayıt şəhərləri, Abşeron
rayonu və Naxçıvan Muxtar Respublikası üzrə iyul ayının
pensiyaları, iyulun 22-də digər bölgələrdə yaşayan pensiyaçıların
və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin iyul ayı üzrə
pensiyaları, iyulun 25-də iyul ayının müavinət, təqaüd və ünvanlı
dövlət sosial yardımları ödənilib.

Spread the love