Şəhid övladları Avstriyada yay düşərgəsində iştirak edirlər!

Gündəm

Bakı.Trend:

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Avstriya
Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı, “Azərbaycan Hava
Yolları” (AZAL) QSC, “Azərlotereya” ASC və Azərbaycan Diasporuna
Dəstək Fondunun tərəfdaşlığı ilə tələbə şəhid övladları üçün
Avstriyanın Zalsburq və Vyana şəhərlərində keçirilən “Əmanətə
Sədaqət” Yay Düşərgəsi davam etməkdədir.

Düşərgədə yerli və xarici universitetlərdə təhsil alan və yüksək
akademik göstəricilərə malik 22 şəhid övladı iştirak edirlər.

Düşərgənin ilk günündə Zalsburq Azərbaycan Evində düşərgənin
açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən “Zəfər”
Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova
“Əmanətə Sədaqət” layihəsi çərçivəsində hər il həyata keçirilən bu
düşərgələrin layihənin şəhid övladlarının şəxsi və peşəkar
inkişafına töhfə verən mühüm təşəbbüs olduğunu vurğulayıb. Daha
sonra çıxış edən Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri
Fərid Əzizov isə qəhrəman şəhidlərimizin övladlarını Avstriyada
qarşılamaqdan böyük qürur duyduqlarını bildirib.

Açılış mərasimində Avstriya və Sloveniyada yaşayan Azərbaycan
diasporunun fəal üzvləri, eləcə də Avstriyada fəaliyyət göstərən
Türkiyə diasporunun nümayəndələri iştirak ediblər.




Günün ikinci yarısında peşəkar təlimçi Emir Turan tərəfindən
iştirakçılar üçün “Motivasiya” mövzusunda təlim keçirilib. Təlim
interaktiv formatda təşkil olunub və gənclər tərəfindən böyük
maraqla qarşılanıb.

Düşərgənin ikinci günündə iştirakçılar YUNESKO-nun Ümumdünya
Mədəni İrsi siyahısına daxil olan Hallştadt qəsəbəsini ziyarət
edərək buradakı mədəni abidələrlə tanış olublar. Daha sonra
iştirakçılar üçün Zalsburqda yerləşən Mirabell sarayına və Salzach
çayı sahilinə ekskursiya təşkil olunub.

Qeyd edək ki, 28 iyul – 2 avqust 2025-ci il tarixlərində
keçiriləcək düşərgə ərzində iştirakçılar karyera planlaması, şəxsi
inkişaf, liderlik və motivasiya mövzularında peşəkar təlimlərə
qatılacaq, həmçinin Avstriya mədəniyyətini yaxından tanıyacaq və
tarixi bölgələrə maarifləndirici səfərlər edəcəklər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir