Yeni ildə Şaxta baba, Qar qız olmayacaq – RƏSMİ

Gündəm

Hər il şəhərin mərkəzində bəzədilmiş yolkaların ətrafında  Şaxta babalara rast gəlirdik. Bu il şəhərə üz tutan uşaqlar evlərinə məyus şəkildə geri dönürlər. Çünki onların sevimlisi olan Şaxta baba, Qar qız artıq yoxdur. Hazırda Bakıda bir Şaxta baba var, o da “Soyuq əllər, isti ürəklər” yarmarkasındadır. Yəqin ki, Şaxta babanı əvəz edən nəsə çıxıb ortalığa.

Hər kəsi maraqlandıran bir sual var.  Bakıda  Şaxta baba, Qar qızlar niyə yoxdu?

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və xidmət departamentindən  verilən məlumata görə bu il Şaxta baba olmaq istəyi ilə bağlı heç bir müraciət daxil olmayıb:

“Əksəriyyət şam ağacının yanında öz telefonu ilə şəkil çəkdirir, Şaxta baba, Qar qıza əlavə pul ödəmək istəmirlər. Ona görə də ödəniş edib, lisenziya alıb Şaxta baba, Qar qız olmaq istəyən yoxdu”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir