Ötən gün yabanı halda bitmiş 1800 ədəd çətənə kolu isə aşkar olunub

Gündəm

Bakı.Trend:

Avqustun 12-də ümumi çəkisi 5 kiloqrama yaxın narkotik vasitə,
kultivasiya yolu ilə yetişdirilmiş 73 çətənə kolu götürülüb.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yabanı halda bitmiş 1800 ədəd çətənə kolu isə
aşkar olunaraq məhv edilib.




Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam
etdirilir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən
qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi
istiqamətində əməliyyat və profilaktik tədbirlər davam
etdirilir.